Nigerin devrilmiş prezidenti Məhəmməd Bazum həyat yoldaşı və oğlu ilə birlikdə öz evlərində həbsdə olarkən malyariyaya yoluxub.
Qaynarinfo xəbər verir ki, bu barədə Nigerin keçmiş xarici işlər naziri Hassumi Məsud İspaniyanın "Pais” qəzetinə deyib.
Məsudun sözlərinə görə, o, Bazumla əlaqə saxlayır. Sabiq ölkə başçısının vəziyyəti qənaətbəxşdir:
"Onların elektrik enerjisi, yemək saxlamaq üçün soyuducu yoxdur və indi kifayət qədər istidir. Nigerdə indi tempratuer +40°C-dən yuxarıdır. Çoxlu ağcaqanad var. Onların hamısı ağcaqanadlardan malyariyaya yoluxub. Yaşayış şəraiti kifayət qədər ağırdır, amma əhval-ruhiyyəsi yaxşıdır, müqavimət göstərir, döyüşür”.
Aydın
Şərhlər