Xəbər lenti

Deputatın sədrliyindən getdiyi quruma kim rəhbərlik edir?
Ölkə 13:17 03.10.2024

Deputatın sədrliyindən getdiyi quruma kim rəhbərlik edir?

Xəbər verdiyimiz kimi, Şahin Kamil oğlu Seyidzadə sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində deputat seçildiyi üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Qaynarinfo-nun məlumatına görə, hazırda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna qurumun Aparat rəhbəri İntiqam Babayev rəhbərlik edir. 

Qeyd edək ki, İntiqam Babayev ötən ilin yanvar ayında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna Aparat rəhbəri təyin olunub. O, əvvəllər Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri olub, 21 il gənclər və idman nazirinin müavini vəzifəsini tutub.

Onu da qeyd edək ki, Şahin Seyidzadə 9 fevral 2020-ci il ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputat seçilib. 2022-ci ilin 3 martında Prezidentin sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunduğu üçün deputat mandatına xitam verilib. 

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->