Deputat Madər Musayevin dünyasını dəyişməsi ilə Milli Məclisdə boş qalmış yerlərin sayı 8-ə çatıb.
Qaynarinfo xəbər verir ki, buna qədər parlamentdə 6 boş yer var idi.
2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri zamanı 4 dairənin nəticələri ləğv edilib. Nəticəsi ləğv edilmiş dairələr aşağıdakılardır:
33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov)
35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu)
74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli)
80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə)
2020-ci ilinm avqustunda isə 116 saylı Qəbələ seçki dairəsindən deputat mandatı qazanan Fəttah Heydərov dünyasını dəyişib. Bununla da boş qalmış yerlərin sayı 5-ə çatıb.
2021-ci ildə isə 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs olunub. O, həmin ilin iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib. Bu məsələ ictimailəşəndən sonra Baş Prokurorluğun İstintaq idarəsində faktla bağlı cinayət işi başlanılıb. Eldəniz Səlimova qarşı Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş deputat 3 il 6 ay müdəttinə azadlıq məhrum edilib. Beləliklə, 55 saylı Xaçmaz şəhər seçki dairəsi də boş qalıb.
Milli Məclisin üzvü Şahin Seyidzadə 3 mart 2022-ci ildə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatdan sonra Şahin Seyidzadə deputat mandatından imtina edib. O,50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilmişdi.
Bu gün isə Madər Musayev vəfat edib. 76 yaşında dünyasını dəyişən Madər Musayev XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Hazırda parlamentdə 118 deputat təmsil olunur. Konstitusiyanın 82-ci maddəsinə görə Milli Məclis 125 deputatdan ibarət olmalıdır.
Seyid
Şərhlər