Xəbər lenti

Deputat:
Siyasət 12:10 02.10.2024

Deputat: "Qərbi Azərbaycana mütləq qayıdacağıq"

"Bizim bir şüarımız olmalıdır - Hamımız Qərbi Azərbaycanlıyıq. Biz doğma torpaqlara qayıdıb, soydaşlarımızın haqqını beynəlxalq müstəvidə qorumalıyıq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin ustad sənətkar Aşıq Ələsgərin abidəsinin açılış mərasimində Qərbi Azərbaycanla bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Deputat bildirib ki, son bir əsr ərzində Qərbi Azərbaycandan 1 milyondan artıq soydaşımız deportasiya olunub, soyqırıma məruz qalıblar:

"Son belə deportasiya hadisəsi 1988-ci ildə baş verib. Nəticədə tarixi torpaqlarımızda bir nəfər də soydaşımız qalmayıb. Ermənilər etnik  təmizləmə siyasətini 1988-ci ildə başa çatdırıb. Halbuki qondarma erməni dövləti  tarixi Azərbaycan torpaqları üzərində  qurulub. 1918-ci ildə yaranan o zamankı erməni dövləti cəmi 9 min kvadrat kilometrə malik olub. Sovetlər dönəmində isə Azərbaycan ərazisinin 20 min kvadrat kilometri heç bir beynəlxalq hüquqa əsaslanmayan qərarlarla ermənilərə verilib. Onun hesabına ermənilər hazırda 29 min kv/km əraziyə malikdir. Həmin ərazilərin  böyük əksəriyyətində yaşayış da yoxdur. Çünki ermənilər qurucu xalq deyil. Bunu Qarabağın işğalı dövründə də gördük. İşğal etdikləri əraziləri faktiki olaraq viran qoymuşdular. Qərbi Azərbaycan ərazilərinin də böyük əksəriyyəti dağıdılmış vəziyyətdədir, məskunlaşdırılmayıb".
 


Deputat qeyd edib ki, Qərbi Azərbaycana qayıdış məsələsi hər zaman oradan qovulmuş insanların şüurunda prioritet təşkil edib:

"Zaman-zaman deyilib, bununla bağlı mövqe bildirilib. Heydər Əliyevdə vaxtilə bildirmişdi ki, Qərbi Azərbaycana qayıdacağıq. Prezident İlham Əliyev də artıq neçənci dəfədir ki, bununla bağlı mövqe sərgiləyir. 2022-ci ilin dekabrında rəsmi olaraq Qərbi Azərbaycan icması da yaranıb. Bu icmanın beynəlxalq müstəvidə və ölkə daxilində fəaliyyəti soydaşlarımızın Qərbi Azərbaycana qayıdıb yaşayış hüququnu əldə etmələrinə köklənib. Bu istiqamətdə iş aparılır. Azərbaycan Prezidenti Aşıq Ələsgərə qoyulmuş abidənin açılışında da məsələ ilə bağlı mövqeyini bildirdi və növbəti mesajını verdi. Əminliklə qeyd etdi ki, həmin torpaqlara qayıdacağıq". 

Arzuxan Əlizadə deyib ki, xalq, millət və dövlət olaraq bu, hər birimizin mövqeyi olmalıdır: 

"Bu istiqamətdə fəaliyyət göstərir və göstərməliyik. 30 il ərzində torpaqlarımızın işğalı ilə barışmayaraq, hamımız Qarabağlıyıq dedik. Bu gün də hamımız Qərbi Azərbaycanlıyıq deyərək, həmin torpaqlara qayıdıb, soydaşlarımızın öz dədə-baba yurdlarında məskunlaşması haqqının həm beynəlxalq müstəvidə tanınmasına nail olmalı, həm də real olaraq qayıdışı təmin etməliyik. İnanıram ki, bu baş verəcək".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ustad sənətkar Aşıq Ələsgərin abidəsinin açılış mərasimində çıxış edib. O, bildirib ki, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalıb:

"1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->