"Təyin olunacaq hakimlər dövlətimizin adından ədaləti qorumaq üçün qərarlar qəbul edəcəklər. Bu çox mühüm məsələdir və əminəm ki, həm Ali Məhkəməyə, həm də Apellyasiya məhkəmələrinə namizədliyi irəli sürülən hakimlər ədaləti təmin edəcəklər”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, son illər Ali Məhkəmədə aparılan islahatlar, yeni təyinatlar vətəndaşlardan millət vəkillərinə daxil olan müraciətlərə də təsir göstərib. Yəni məhkəmə qərarları ilə bağlı gələn şikayətlərin sayı azalıb.
Deputat qeyd edib ki, məhkəmə sisteminin fəaliyyəti yalnız hakimlərdən deyil, həm də vətəndaş cəmiyyətinin hüquqi maarifləndirilməsindən asılıdır: "Ona görə də məhkəmələr də cəmiyyətdə hüquqi maarifləndirilmə işlərini təşviq etməlidirlər. Belə olarsa, vətəndaşlar öz hüquqlarını bilərlər”.
Şərhlər