Xəbər lenti

De Byazi millimizin İsveç və Belçika ilə oyunlar üçün heyətini açıqladı
İdman 23:20 12.11.2023

De Byazi millimizin İsveç və Belçika ilə oyunlar üçün heyətini açıqladı

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsinin son iki oyunu üçün heyəti müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, baş məşqçi Canni De Byazi 27 futbolçuya dəvət göndərib.

Onlardan 9-u ölkə xaricində legioner həyatı yaşayır.

Qapıçılar: Yusif İmanov ("Sabah”), Rəşad Əzizli ("Qəbələ”), Şahrudin Məhəmmədəliyev ("Adana Dəmirspor”, Türkiyə).

Müdafiəçilər: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı "Qarabağ”), Amin Seydiyev ("Sabah”), Höccət Haqqverdi ("Neftçi”), Qismət Alıyev ("Zirə”), Turan Manafov ("Araz-Naxçıvan”), Anton Krivotsyuk ("Daejon Hana”, Cənubi Koreya), Cəlal Hüseynov ("Arda Kaerdzali”, Bolqarıstan).

Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi "Sabah”), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi "Neftçi”), Emil Səfərov ("Qəbələ”), Səbuhi Abdullazadə ("Sumqayıt”), Coşqun Diniyev ("Umraniyəspor”, Türkiyə), Ozan Can Kökçü ("Eyndhoven”, Niderland).

Hücumçular: Nəriman Axundzadə ("Qarabağ”), Rüstəm Əhmədzadə ("Zirə”), Mahir Emreli ("Dinamo”, Xorvatiya), Musa Qurbanlı ("Yurqorden”, İsveç), Ramil Şeydayev ("Buriram Yunayted”, Tayland), Renat Dadaşov ("Hatayspor”, Türkiyə).

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda İsveçlə, 19-da isə səfərdə Belçika ilə qarşılaşacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->