Xəbər lenti

DÇ-2022-nin qalibi səhvən öskürək siropu içdi, 2 il diskvalifikasiya olundu
İdman 08:49 23.10.2023

DÇ-2022-nin qalibi səhvən öskürək siropu içdi, 2 il diskvalifikasiya olundu

2022-ci ilin dünya çempionu qadağan olunmuş maddənin təsadüfən onun orqanizminə daxil olduğunu bildirib

İtaliyanın "Monza" klubunun və Argentina millisinin yarımmüdafiəçisi Alexandro Qomes sosial şəbəkədəki səhifəsində iki illik diskvalifikasiyasından danışıb.

Qaynarinfo xəbər verir ki, futbolçu səhvən öskürək siropu içdiyini bildirib.

"Mən heç vaxt qadağan olunmuş əməllərə etibar etməmişəm. Ehtimal edilən pozğunluq bədənimdə terbutalinin olması ilə bağlıdır, mən səhvən oğlumun öskürəyini aradan qaldırmaq üçün nəzərdə tutulmuş bir qaşıq öskürək siropunu içmişəm. Terbutalin peşəkar idmançılar üçün təsdiqlənib və heç bir şəkildə performansını artırmır", deyə Qomes yazıb.

Oktyabrın 20-də Qomesin 2022-ci ilin noyabrında Argentinanın qalib gəldiyi Qətərdə keçirilən dünya çempionatının başlamasına bir neçə gün qalmış dopinq testindən keçdiyi bildirilirdi. Bu dopinq testi müsbət nəticə verib. Qomesin özü klub həkimlərinin razılığı olmadan uşaqlar üçün nəzərdə tutulan öskürək siropu qəbul etdiyini bildirib. Həmin vaxt futbolçu İspaniyanın "Sevilya” klubunda çıxış edirdi. Qomes və klubun bir neçə aydır ki, dopinq məsələsindən xəbərdar olduğu bildirilir. Onlar UEFA-dan bildiriş alıblar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->