Xəbər lenti

Dalğıclar gəminin batdığı yerdən yüzlərlə şampan şərabı tapdı - 175 yaşı var
Dünya 22:45 29.07.2024

Dalğıclar gəminin batdığı yerdən yüzlərlə şampan şərabı tapdı - 175 yaşı var

Polşalı dalğıclar Baltik dənizinin dibində 175 illik şampan şüşələri tapıblar.

Qaynarinfo xəbər verir ki, onları həmin ərazidə batan gəmi daşıyıb.

KİV-in məlumatına görə, Polşadan olan dalğıclar İsveç sahillərində Baltik dənizini araşdırarkən onların gəmisindəki lokator dibdə bəzi obyektlərin olduğunu göstərib. Bundan sonra mütəxəssislər suya dalaraq qumda yüzlərlə şampan şüşəsi tapıb. Burda yük daşıyan gəminin qalıqları da olub.

"Mən 40 ildir ki, suya dalıram və tez-tez qəza yerlərində bir və ya iki şüşə tapırıq, lakin bu qədər yük tapmaq mənim üçün bir ilkdir", deyə komandanın lideri Tomaş Stahura bildirib.

Tarixçilər batmış şampan şərabının 1850-1867-ci illər arasında istehsal edildiyinə inanırlar ki, bu da onu potensial olaraq dünyanın ən qədim şampanlarından birinə çevirir. Bundan əlavə, Baltik dənizinin soyuq və qaranlıq dərinliklərində qorunan butulkaların təmiz vəziyyətdə olması mütəxəssisləri onların içindəkilərin hələ də içmək üçün yararlı ola biləcəyinə inanmağa vadar edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->