Kəngərli rayon icra başçısının müavini işdən azad olunub.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb.
Sərəncama əsasən, icra başçısının müavini Qurbanova Səriyyə Bağır qızı işdən çıxarılıb.
Eyni zamanda Şahbuz rayon icra başçısının müavini də işdən azad olunub. Bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev sərəncam imzalayıb.
Sərəncama əsasən, icra başçısının müavini Tural Quliyev işdən çıxarılıb.
Qeyd edək ki, bundan əvvək Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva işdən çıxarılıb.
Şərhlər