Belçika millisinin sabiq futbolçusu Eden Azar karyerasını bitirib.
Qaynarinfo-nun məlumatına görə, sonuncu dəfə "Real"ın formasını geyinmiş 32 yaşlı futbolçu karyerasını bitirdiyini elan edib.
Azar açıqlamasında, "700-dən çox matçdan sonra peşəkar futbolçu karyeramı bitirmək qərarına gəldim. Xəyalımı reallaşdırdım, dünyanın bir çox klublarında oynadım və əyləndim. Karyeram boyu böyük menecerlər, məşqçilər və komanda yoldaşları ilə tanış olmaq şansı qazandım. Bu gözəl anlar üçün hər kəsə təşəkkür edirəm, hamınız üçün darıxacağam. Tezliklə meydanda görüşənədək dostlarım".
"ReaL", "Çelsi" kimi klublarda parlamış futbolçu aldığı çoxsaylı zədələr səbəbindən tez-tez yaşıl meydanlardan kənarda qalırdı.
Azar Madrid klubunda oynadığı dörd mövsümdə cəmi 76 matçda forma geyinə bilmişdi.
Səbuhi Həsənov
Şərhlər