COP29 zamanı Əvəzedicilər, I və II Liqaların oyunları nəzərdə tutulmayıb.
"Report" xəbər verir ki bu barədə Azərbaycan Premyer Liqasının püşaktma mərasimində Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov məlumat verib.
O, COP29-un Azərbaycan Premyer Liqası oyunlarının fasilə dönəminə təsadüf edəcəyini deyib.
Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Şərhlər