ABŞ prezidenti Co Baydenin administrasiyası Yaxın Şərqdəki müttəfiqlərini OPEC+ üzvlərinin oktyabrın 5-də Vyanada keçiriləcək iclasında neft hasilatının azaldılması əleyhinə səs verməyə çağırır.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən
yazıb.
Nəşr qeyd edib ki, bu görüşdə Rusiya və Səudiyyə Ərəbistanı pandemiyanın başlanğıcından bəri neft hasilatında ən böyük azalma - gündə 1-2 milyon barel azalma elan edə bilər. Bu, neft qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq ki, bu da öz növbəsində Bayden administrasiyası üçün "təhlükəli” zamanda – Nümayəndələr Palatasına seçkilərə beş həftə qalmış Birləşmiş Ştatlarda benzinin qiymətinə təsir edəcək, - CNN yazır. Eyni zamanda, ilin birinci yarısında Bayden administrasiyası yanacağın qiymətinin artması ilə əlaqədar artıq tənqidlərlə üzləşib.
Bununla əlaqədar olaraq, telekanalın məlumatına görə, son bir neçə gündə enerji, iqtisadiyyat və xarici siyasət sahəsində yüksək rütbəli məmurlar Yaxın Şərq ölkələrindən, xüsusən də Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən olan xarici həmkarlarını istehsalın azaldılmasını dəstəkləməməyə çağırıblar.
Kanalın mənbələri iddia edir ki, Ağ Evin Maliyyə Departamentinə təhvil verdiyi sənədlər neft hasilatının azaldılması perspektivini "tam bir fəlakət” kimi təsvir edir. Eyni zamanda, Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrian Vatson telekanala bildirib ki, Birləşmiş Ştatlar "bütün dünyada iqtisadi artımı dəstəkləmək və istehlakçılar üçün qiymətləri aşağı salmaq məqsədilə enerji təchizatının tələbi ödəməli olduğunu açıq şəkildə bəyan edib”. Onun sözlərinə görə, Vaşinqton bunu tərəfdaşlarla müzakirə etməyə davam edəcək.
Alpər
Şərhlər