Xəbər lenti

Çin ÜST-ün rəsmi bildirişindən iki həftə əvvəl COVID-19-u müəyyən edib
Dünya 11:02 18.01.2024

Çin ÜST-ün rəsmi bildirişindən iki həftə əvvəl COVID-19-u müəyyən edib

Çin alimləri Pekinin bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) rəsmi məlumat verməsindən iki həftə əvvəl, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun strukturunu demək olar ki, tamamilə tədqiq ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin sənədlərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 2019-cu il dekabrın 28-də Çin alimləri SARS-CoV-2-nin strukturunun demək olar ki, tam ardıcıllığını Amerika tərəfinə təhvil veriblər. Məqalədə deyilir ki, Pekin daha sonra Vuhandakı epidemiyanı "naməlum pnevmoniya" adlandırıb.

Həmçinin Çinin virusun strukturunu yalnız 11 yanvar 2020-ci ildə ÜST ilə paylaşdığı bildirilir. WSJ vurğulayır ki, iki həftə beynəlxalq tibb ictimaiyyətinə COVID-19-un necə yayıldığını anlamaqda və peyvənd üzərində işləməyə başlamaqda mühüm rol oynaya bilər.

Qeyd edək ki, COVID-19-un yayılması ilə bağlı müxtəlif versiyalar. Bəzi versiyalara görə, virus Çinin Vuhan şəhərindəki bir laboratoriyadan yayıldığı iddia olunur. Bəzi versiyalara görə isə virus ilk dəfə Vuhandakı bir bazarda qeydə alınıb. Bundan əvvəl Çin dəfələrlə virusun mənşəyi və yayılması ilə bağlı xəbərləri gizlətməkdə ittiham olunub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->