Çin 2023-cü ildə futbol üzrə Asiya Kubokuna ev sahibliyi etməyəcək.
Qaynarinfo xəbər verir ki, bu haqda Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytı məlumat yayıb. Belə qərar çıxarılmasına səbəb koronavirus pandemiyasının ölkənin sosial-iqtisadi vəziyyətinə təsiri olub. Təşkilat Komitəsi yarışın Çində gerçəkləşməyəcəyi açıqlayıb. AFC Asiya Kuboku ilə bağlı yeni qərarların yaxın günlərdə ictimaiyyətə təqdim olunacağını diqqətə çatdırıb.
Turnir 2023-cü il 16 iyun - 16 iyul tarixində keçirilməlidir. Çin artıq yarışa hazırlığın bir neçə mərhələsini keçib və Asiya Kubokunun loqosunu da təqdim etmişdi.
Səbuhi Həsənov
Şərhlər