Xəbər lenti

Dünya 19:09 09.04.2024

"Çətir həmişə açıq olmaya bilər" - Borrel ABŞ-a ümid etməməyə çağırdı

Avropa İttifaqının diplomatiyasının rəhbəri Cozep Borrel Avropa ölkələrini İttifaqın ABŞ tərəfindən qorunmasına ümid etməməyə çağırıb.

Bu barədə Qaynarinfo "Financial Times”a istinadən xəbər verir.

"Soyuq müharibədən bəri güvəndiyimiz ABŞ çətiri həmişə açıq olmaya bilər. Vaşinqtonda kimin hakimiyyətdə olmasından asılı olaraq, biz Amerikanın bizi qoruyacağına ümid edə bilmərik", - deyə Borrel bildirib. 

Eyni zamanda, Borrel əlavə edib ki, alyans çərçivəsində ayrı-ayrı üzvlərin prioritetləri dəyişə bilər.

Eyni zamanda, Aİ diplomatiyasının rəhbəri bildirib ki, Avropa mümkün müharibəyə hazırlaşmalıdır, çünki Ukraynadan kənarda qitədə genişmiqyaslı münaqişə "artıq fantaziya deyil”. Onun sözlərinə görə, həm Ukraynada davam edən müharibə, həm də Aİ-yə üzv dövlətlərə qarşı hibrid hücumları ilə "Rusiya Avropanı təhdid edir”.

"Müharibə, şübhəsiz ki, bizə tərəf gəlir. Avropada yüksək intensivlikli adi silahlarla müharibə artıq fantaziya deyil", - o vurğulayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->