Xəbər lenti

Cənubi Kiprdə israillilərə hücumlar planlaşdıran iki iranlı həbs edildi
Dünya 14:21 11.12.2023

Cənubi Kiprdə israillilərə hücumlar planlaşdıran iki iranlı həbs edildi

Cənubi Kiprdə israillilərə qarşı hücumlar planlaşdırmaqda şübhəli bilinən iki İran vətəndaşı həbs edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə yerli "Kathimerini” nəşri polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanları barələrində deportasiya qərarı olan iki nəfərin Cənubi Kiprdə yaşayan İsrail vətəndaşlarına qarşı hücumlar planlaşdırdığını iddia edir. Həbs noyabr ayında baş tutub.

Onlar qeyd edirlər ki, şübhəlilər çox güman ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəlidirlər. Onlar hazırda həbsdədirlər.
"Kathimerini Cyprus” qeyd edir ki, bu, son iki ildə Cənubi Kiprdə üçüncü hadisədir.

Birincisi, iki il əvvəl, ehtimal ki, İran İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan Rusiya pasportuna malik Azərbaycan vətəndaşının həbs edildiyi zaman, ikincisi isə ötən ilin iyununda Cənubi Kiprdə mümkün terror aktının qarşısı alınarkən baş verib.

Cənubi Kipr minlərlə israilli üçün populyat məkan sayılır. İki ölkəni 40 dəqiqəlik uçuş ayırır. 

Bundan əvvəl Avropanın daxili işlər üzrə komissarı İlva Yoqansson İsraillə HƏMAS hərəkatı arasında gedən müharibə səbəbindən Milad bayramları zamanı Avropada terror aktları riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->