Rusiya lideri Vladimir Putin BRİCS sammitinin bütün tədbirlərində onlayn olaraq iştirak edəcək.
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə Cənubi Afrikanın şerpası Anil Suklal məlumat
verib.
O qeyd edib ki, BRİCS-in beş liderindən dördü Cənubi Afrikada keçiriləcək sammitdə şəxsən iştirak edəcək. Ancaq Putin tədbirdə videobağlantı vasitəsilə iştirak edəcək. O, avqustun 22-də axşam iclasa qatılacaq, avqustun 23-də isə qapalı və açıq iclaslarda iştirak edəcək.
BRİCS sammitində Braziliya prezidenti Lula da Silva, Çin prezidenti Si Cinpinq, Hindistanın baş naziri Narendra Modi və Cənubi Afrika prezidenti Siril Ramafosa iştirak edəcək. Tədbir 22-24 avqust 2023-cü il tarixlərində Yohannesburqda baş tutacaq. Birinci gün biznes forum keçiriləcək, daha sonra BRİCS liderləri qapalı iclasda bir-biri ilə görüşəcək.
Bundan əvvəl Yohannesburqda Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrovun başçılıq edəcəyi bildirilirdi. "Putin BRİCS sammitinə getməyəcək - bu qərar "qarşılıqlı razılıq əsasında" qəbul edilib", deyə Cənubi Afrika hakimiyyəti qeyd edib
Alpər
Şərhlər