Bakı Uşaq və Gənclər Teatrında "Cənnətə bilet” tamaşası təqdim olunacaq.
Qaynarinfo xəbər verir ki, tamaşa iyulun 13-də Akademik Musiqili Teatrının binasında baş tutacaq.
Teatrın direktoru, Əməkdar artist İntiqam Soltan bildirib ki, sözü gedən tamaşa Teatr Xadimləri İttifaqının keçirdiyi festivalda nümayiş olunub:
"Tamaşa TXİ-nin təşkil etdiyi, şanlı qələbəmizə həsr olunmuş festivalda iştirak edib və ittifaqın sədri Azərpaşa Nemətovun göstərişi, münsiflər heyətinin saxtakarlığı ilə haqsızlığa uğrayıb”.
Tamaşanın quruluşçu rejissoru Sevda Məmmədovadır.
Bahar
Şərhlər