Bu mövsüm çempionata heç də yaxşı başlamayan "Çelsi"də Roman Abramoviç dönəmi ilə bağlı araşdırmalara başlanılıb.
Qaynarinfo-nun məlumatına görə, bu mövsüm Premyer Liqada gözlənilən performansı əldə edə bilməyən və zirvə uğrunda mübarizədən uzaq düşən "Çelsi"də Abramoviçin hakimiyyəti dövründə bəzi ödənişlərdə maliyyə feyr-pleyi qaydalarını pozduğu üçün Premyer Liqa rəhbərliyi tərəfindən cəzalandırılmaq təhlükəsi var idi. Klubun keçmiş sahibi ada mətbuatında çıxan xəbərlərdə cəzaların xalların silinməsinə qədər uzana biləcəyini deyib. "Guardian" qəzetinin son araşdırması Abramoviçin dəniz nəqliyyatı vasitəsi ilə on il ərzində on milyonlarla funt-sterlinq dəyərində bir sıra həyata keçirdiyi ödənişləri üzə çıxarıb. Xəbərə görə, sözügedən ödənişlərdən yararlananlar arasında Eden Azarın meneceri ilə yanaşı, 2017-ci ilin Premyer Liqa çempionu Antonio Kontenin şəriki də var. İddialara görə, Villian və Samuel Etonun transfer sövdələşmələrinin də sözügedən hesablarla əlaqəsi var.
Abramoviçin fəaliyyəti ilə bağlı natamam maliyyə məlumatları aşkar edildikdən sonra sənədlər "Çelsi"nin yeni sahibləri tərəfindən könüllü olaraq təhvil verilib. Bu, UEFA-nın klubu təxminən 11 milyon dollar cərimələməsi ilə nəticələnib, lakin uzunmüddətli perspektivdə daha ciddi problemlərə səbəb ola bilərdi. "Guardian”da yer alan xəbərə görə, "Çelsi”nin bu prosesdə maliyyə feyr-pleyi qaydalarını pozduğu müəyyən olunarsa, Premyer Liqa rəhbərliyi London komandasına xal silinmə cəzası tətbiq edə bilər.
"Çelsi" Abramoviçin dövründə 18 kubok qazanıb. 19 illik müddətdə ən çox kubok qazanan İngiltərə klubu oldu. Bu kuboklara beş Premyer Liqa titulu, beş İngiltərə Kuboku, üç Liqa Kuboku, iki Çempionlar Liqası, iki Avropa Liqası, iki "Community Shield", bir FIFA Klublararası Dünya Kuboku və bir UEFA Super Kuboku daxildir.
Səbuhi Həsənov
Şərhlər