Xəbər lenti

İdman 23:12 05.04.2024

"Çelsi"nin çalışdırıcısı: "Mən təlxək deyiləm, məşqçiyəm"

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino ölkə çempionatının "Mançester Yunayted"lə oyununda davranışı haqda danışıb. 

Qaynarinfo bu barədə "Sky Sports" yazıb.

"Ehtiras kənarda olan dəli olmaq demək deyil. Oyunun hər tərəfində komandaya kömək etmək üçün sakit olmalı və analitik olmalıyam. Bu sirk deyil ki, kənarda iş görmək üçün təlxək lazım olsun. Komandaya kömək etmək üçün sakit olmalıyam. Xüsusilə komandanın kənardan köməyə ehtiyacı olduqda. Avropanın ən gənc komandalarından birinə sahibik. Mən kloun deyiləm, məşqçiyəm", deyə mütəxəssis bildirib.

Aprelin 4-də "Çelsi" "Mançester Yunayted"i 4:3 hesab ilə məğlub edib.  qələbə qazanıb. Qələbə qolunu 90+11-ci dəqiqədə Kol Palmer vurub.

Poçettino 2023-cü ilin mayında Frank Lempardı əvəz edərək "Çelsi"yə rəhbərlik edir. Argentinalı daha əvvəl PSJ, "Tottenhem", "Sautqempton" və "Espanyol"da çalışıb.

İngiltərə Premyer Liqasının cari mövsümündə "Çelsi" 43 xalla "Brayton"la 9-cu yeri bölüşür. "Liverpul" turnir cədvəlinə başçılıq edir (70 xal). İkinci pillədə qərarlaşan "Arsenal"ın 68 xalı var. İlk üçlüyü "Mançester Siti" qapayır (67 xal). "Mançester Yunayted" 68 xalla 6-cı yerdə qərarlaşıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->