Todd Boehly "Çelsi”yə rəhbərlik edəndən bəri klub üçün meydanda və ondan kənarda heç də hər şey yolunda getmir.
Qaynarinfo-nun məluamtına görə, Romeo Lavia (Brüssel, 2004) nümunəsi də klubun uğursuzluq siyahısında yer alır. Yayda "Sauthempton"dan 62 milyon avroya transfer olunan belçikalı bu mövsüm cəmi 32 dəqiqə oynayıb. Ancaq 2024-25 mövsümündə daha meydana çıxa bilməyəcək. Buna səbəb futbolçunun ciddi zədə almasıdır. "Çelsi”dən verilən açıqlamada, son tibbi qiymətləndirmələrə əsasən dekabrda "Kristal Pelas"la oyunda ciddi bud zədəsi alan Lavianın bu mövsüm meydan üzü görməyəcəyinin təsdiqləndiyi bildirilib.
Aşağı liqaya düşməsinə baxmayaraq, "Sauthempton”da (İspan Sellesinin komandanlığı altında ) gözəl bir mövsüm keçirən futbolçu Belçikanın əsas millisinə də dəvət alıb. Brüsselli oyunçu "Kristal Pelas"a qarşı 2:1 hesabı ilə qələbə qazandıqları oyunda cəmi 32 dəqiqə meydanda oldu və oyunu zədə səbəbindən yarımçıq tərk etməli oldu.
Zədəsi ilə bağlı "İnstagram” hesabından açıqlama verən futbolçu, "Salam, "Çelsi” ailəsi, artıq bildiyiniz kimi və saysız-hesabsız səylərimə baxmayaraq, mövsümün qalan hissəsini buraxacağam. Komanda yoldaşlarıma kömək edə bilmədiyim üçün bu, əsəbi bir mövsüm oldu. Mən bu komandanı və meydanda olmağı hər şeydən çox sevirəm. İnanın ki, geri qayıtmaq üçün hər gün hər şeyi vermişəm. Sevgiyə, dəstəyə və tənqidə görə təşəkkür edirəm, çünki hamısı mənə müsbət təsir edir və qoruyur. Mən gedirəm. Bir çox xüsusi anları birlikdə paylaşmaq üçün səbirsizlənirəm. Tezliklə görüşənədək” - sözlərini söyləyib.
"Anderlext”in yetirməsi olan, daha sonra "Mançester Siti”nin aşağı yaş qruplarında forma geyinən 20 yaşlı futbolçu 2020-ci ildə "Sathempton”a keçib. O, 2023-cü ildə "Çelsi”yə transfer olunub.
Səbuhi Həsənov
Şərhlər