Yay transfer pəncərəsində astronomik xərclərlə gücləndirərək diqqətləri üzərinə çəkən "Çelsi" "Mançester Siti"nin cinah oyunçusu Koul Palmeri transfer edib.
Qaynarinfo-nun məlumatına görə, London klubunun 21 yaşlı futbolçunun transferi üçün 42 milyon funt-sterlinq xərclədiyi bildirilir. Klub futbolçu ilə yeddiillik müqavilə imzalayıb.
Palmerin transferin rəsmiləşdirilməsi ilə, bu yay "Mançester Siti”nin akademiyasında yetişən futbolçuların satışından bu yay əldə olunan gəlir 107 milyon dollara yüksəldi.
Xatırladaq ki, "Mançester Siti" Palmerdən əvvəl qapıçı Ceyms Traffordu "Börnli"yə, Şi Çarlzı "Sauthempton"a və Karlos Borgesi Niderland təmsilçisi "Ajaks"a satmaqla əhəmiyyətli gəlirlər əldə etmişdi.
Səbuhi Həsənov
Şərhlər