Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad Şəhər Ərazi Nümayəndəliyi "Topxana Layihə İnşaat” MMC ilə maliyyə dəyəri 394 817,84 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, şirkət qurumun Cəlilabad şəhərində yolların əsaslı təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
"Topxana Layihə İnşaat” MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur.
Şirkətin adı 2021-ci ilədək RRT LTD Firması kimi qeyd edilib. RRT LTD Firması 2007-ci ildə qeydiyyata alınıb. 2021-ci ildə "Topxana Layihə İnşaat” MMC-yə çevrilib. Bu halda "Topxana Layihə İnşaat” MMC-nin 1996-cı ildə qeydiyyata alınması başa düşülmür.
"Topxana Layihə İnşaat” MMC 2023-cü ilin iyun ayına qədər 10 manatlıq nizamnamə kapitalı ilə fəaliyyət göstərib. Həmin ayda nizamnamə kapitalı artırilaraq 110 000 AZN-ə çatdırlıb.
Şirkətin nizamnamə kapitalı artırıldıqdan sonra tenderlərdə fəal iştirak etməyə başlayıb və 45 tenderin qalibi seçilib. Bu tenderlərin əksəriyyəti iri məbləğlidir.
"Topxana Layihə İnşaat” MMC-nin qısa müddət ərzində tender kralına çevrilməsi şirkətin hansısa səlahiyyətli şəxsə məxsus olması barədə şübhələrə yol açıb.
Cəlilabadın yollarına gəlincə, şəhər nümayəndəliyi 2022-ci ildə yolların təmirinə 346 146,68 AZN, 2021-ci ildə 504 662,4 AZN, 2020-ci ildə isə 651 965,33 AZN xərcləyib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur. O, 2021-ci ildən bu vəzifədədir. Rafiq Cəlilovun Cəlilabad şəhəri üzrə nümayəndəsi isə Ramil Əmənovdur. Ramil Əmənov bu vəziəfəyə 2022-ci ildə təyin edilib.
Seyid
Şərhlər