Xəbər lenti

Çeferindən yeni təklif - Varlı klublara limit qoyula bilər
İdman 22:55 19.06.2023

Çeferindən yeni təklif - Varlı klublara limit qoyula bilər

UEFA prezidenti Aleksander Çeferin Niderlandın "NOS” kanalına maraq doğuran açıqlamalar verib.

Qaynarinfo-nun məlumatına görə, UEFA-nın təşkil etdiyi yarışlarda oynayan komandalara maaş və büdcə limitinin gətirilməsini müzakirə etdiklərini bildirən Çeferin bir çox klubun bu təklifi dəstəklədiyini bildirib.

Prezident açıqlamasında, "2-3 limitsiz resursu olan klubun büdcəsinin 5-10 milyarda çatmasını istəmirik. Onda rəqabət maraqlı deyil. Demək olar ki, danışdığım hər klub bu təkliflə razılaşır. Hazırda bundan çox uzağıq. Bu anda hər hansı bir qərarı yalnız düşünürük. Fikrimcə, bu, əsasən Səudiyyə Ərəbistanı futbolu üçün bir səhvdir. Akademiyalara kömək etməlidirlər. Öz oyunçularını inkişaf etdirməlidirlər. Çin də əvvəllər oxşar səhvə yol verib. Söhbət təkcə pulla bağlı deyil. Ən yaxşı oyunçular və turnirlər Avropadadır” - sözlərini söyləyib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->