Xəbər lenti

Çavuşoğlu Blinkenlə Azərbaycan və Ermənistan arasında dialoqu müzakirə etdi
Siyasət 18:11 04.08.2022

Çavuşoğlu Blinkenlə Azərbaycan və Ermənistan arasında dialoqu müzakirə etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Qaynarinfo xəbər verir ki, ABŞ Dövlət Departementinin məlumatına görə, tərəflər regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

Türkiyə və ABŞ xarici siyasət idarəsinin rəhbərləri eyni zamamda Azərbaycan və Ermənistan arasında dialoqu müzakirə ediblər.

Blinken həmkarının diqqətinə çatdırıb ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılmasına və uzunmüddətli danışıqlara nail olunmasına töhfə verməyə hazırdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->