"İstəlinən bir müalicə vasitəsi seçildikdə, xəstə mütləq həkim nəzarətində olmalıdır. Əgər müalicə həkim nəzarətindən kənarda baş verirsə, onun məsuliyyətini də xəstə və yaxınları daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Xalq artisti Cavan Zeynallının həyat yoldaşının ölümünə ilbizin səbəb olması ilə bağlı deyilənlərə aydınlıq gətirərkən deyib.
Professor bildirib ki, zəli müalicəsindən sonra xəstələrin bəzi yerlərində şişkinlik və iltihablaşma olur:
"Cavan Zeynallı yəqin ilbiz deyil, zəli ilə müalicə demək istəyib. Təbabətdə zəli müalicəsindən geniş istifadə edilir. Tibbdə buna hirudoterapiya deyilir. Cavan müəllimin açıqlamasında qeyri-müəyyənlik var. Söhbətin nədən getdiyi tam şəkildə aydın deyil”.
Qeyd edək ki, aparıcı Nanə Ağamalıyeva Xalq artsiti Cavan Zeynalının həyat yoldaşının ölüm səbəblərini açıqlayıb. Aparıcı bildirib ki, Röya Zeynallının dünyasını dəyişməsinə səbəb bədəninə ilbiz qoyulması olub:
"Röya xanım sağlam bir qadın idi. Bu, el arasında yayılan və bilinən üsuldur. Amma Röya xanımda ilbiz düzgün yerə qoyulmayıb və fəsad əmələ gəlib. Problem həddindən artıq çox böyüyüb. Düzgün müalicə aparılıb, aparılmayıb bilmirəm".
Bahar Rüstəmli
Şərhlər