"Mən insanam ey, ağızlarına gələni danışırlar. Mən 6 kilo arıqlamışam, 14 kilo yox. Bizimkilər belədir də. Belə şaiyələri qəsdən yayırlar. İstəyirlər ki, mən də ölüm. "Cavan arıqlayıb, nə günə qalıb, yəqin xəstədir, tezliklə öləcək” deyirlər. Ayıbdır, vallah. İmkan verin yaşayaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Cavan Zeynallı deyib.
Cavan Zeynallı bildirib ki, həyat yoldaşının sağlığında 6 xəstəxanaya müraciət edib:
”İştaham omurdu. Röya xanımla bir yerdə qalırdım. Xəstə idi, heç nə yemirdi. Onu elə görəndə mən necə yeyə bilərdim axı? İndi isə özümə baxıram. Arıqlamışam, cavanlaşıram. Kök idim, indi arıqladım, yüngülləşdim. Röya məni çox istəyirdi. Məni çox adam servir. Amma sevməyənlər də var. Onlar istəyirlər ki, mən ölüm. Cavan kimi oxuyan, Cavan kimi söhbət edən, pianinoda, royalda çalan ikinci biri yoxdur. Belə xəbərləri qəsdən yayırlar, istəyirlər ki, fikir edim”.
Cavan Zeynallı bu məlumatı yayanların onun paxıllığını çəkənlərin işi olduğunu xüsusi önə çəkib: "Onlara fikir vermirəm. Onların acığına hələ yaşayacağam”.
Qeyd edək ki, Xalq artisti Cavan Zeynallının 14 kiloqram arıqlaması ilə bağlı məlumat yayılıb.
Bahar Rüstəmli
Şərhlər