Xəbər lenti

CAR Rusiyanı inandırmağa çalışır ki...
Dünya 12:30 02.08.2023

CAR Rusiyanı inandırmağa çalışır ki...

Cənubi Afrika Respublikası Rusiyanı keçən ay çıxdığı taxıl sazişi üzrə danışıqlara qayıtmağa inandırmağa çalışır.

Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Xarici işlər naziri Naledi Pandor bildirib.

Pandor yaponiyalı həmkarı Yoşimasa Hayaşi ilə danışıqlar zamanı bildirib ki, Rusiyanı təşəbbüsə qayıtmağa razı salmaq üçün iş gedir.

"Biz həmçinin Rusiya tərəfinin Qara Dəniz Taxıl Sazişini nəzərdən keçirməsinə nail olmaq üçün çox çalışırıq və Qara Dəniz Təşəbbüsünün açılmasını təmin etmək məqsədilə həll yolu tapa biləcəyimizi görmək üçün bütün müvafiq tərəflərlə əlaqə saxlayırıq”, - Pandor bildirib.

Qeyd edilir ki, Yaponiya da Rusiyanın taxıl sazişindən çıxmasından "təəssüflənir” və onun bərpası üçün çalışmağa ümid edir. Hər iki nazir hər iki ölkənin Afrikada ərzaq təhlükəsizliyi məsələlərində əməkdaşlığa ehtiyac olduğunu təsdiqləyib.

Nizami Bağırov





Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->