Xəbər lenti

Canlı yayımda ulduz futbolçunu
İdman 10:17 26.08.2023

Canlı yayımda ulduz futbolçunu "qaradərili" adlandırdı, üzr istəmədi, qovuldu

İtaliyada Belçikalı futbolçu Romelu Lukakuya qarşı irqçilik edən jurnalist verilişdən qovulub.

Qaynarinfo "Football Italia”ya istinadən xəbər verir ki, hadisə "Telelombardia" kanalının efirində baş verib.

Məlumata görə, "İnter”in azarkeşi, jurnalist, 2010-cu ildən "Qui Studio a Voi Stadio" proqramının iştirakçısı olan Luici Furini canlı yayımda Romelu Lukakunu "qaradərili" adlandırıb. O, bu sözün repdə tez-tez işləndiyini qeyd edərək üzr istəməkdən imtina edib və sonda şoudan uzaqlaşdırılıb.

Qeyd olunur ki, o, italyan dilində aşağılayıcı xarakter daşıyan söz işlədilib.

"İrqçi çalarları olan sözlər zarafat deyil (etimologiyasından asılı olmayaraq). Səhvlər və anlaşılmazlıqlar bizim üçün qəbuledilməzdir. Və gecikmiş üzr istəmək kifayət deyil. Həmkarımız Furininin belə ciddi səhvə yol verməsindən təəssüflənirik. Təcili tədbirlər qaçılmazdır”, deyə "Telelombardia" kanalının rəhbəri Fabio Ravezzani yazıb.


Qeyd edək ki, Romelu Lukaku "Çelsi"yə məxsusdur. Belçikalı hücumçu ötən mövsümü icarə əsasında "İnter"də çıxış edib. Milan klubu Lukakunun transferini reallaşdırmağa yaxın olsa da, hücumçu ilə Turin "Yuventus"u arasında danışıqların getdiyi məlum olduqdan sonra geri çəklilib.

Lukaku ötən mövsüm "İnter"in heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->