İtaliya A Seriyasında formasını geyindiyi "İnter"lə bu mövsüm çempionluğu əzəli rəqibinə uduzan Hakan Çalhanoğlu ilə keçmiş komanda yoldaşı Zlatan İbrahimoviç arasında mübarizə davam edir.
Qaynarinfo xəbər verir ki, Türkiyə millisinin futbolçusu "Milan"ın çempionluq bayramı zamanı onu ələ salan Zlatan İbrahimoviçə cavab verib. "Tivibu Spor"a danışan Çalhanoğlu İbrahimoviçin diqqət çəkmək istədiyini deyib.
"Adamın 40 yaşı var. Mənim 40 yaşım olsaydı belə etməzdim. Onun 18 yaşı yoxdur. Diqqət cəlb etməyi xoşlayır, bununla yaşayır. Bu il komandasına heç bir töhfəsi yox idi, demək olar oynamadı. Amma o, azarkeşlərin diqqətini cəlb etmək üçün hər şeyi edir. Heç vecimə də deyil. Ümumiyyətlə belə şeylərə fikir vermirəm. "Milan"da oynayanda həmişə mənə zəng edən, yeməyə çıxmaq istəyən, birlikdə motosiklet sürən adama yaraşmaz. Mən ona hörmət edirdim, o da mənim üçün belə idi. O, kitabında mənim haqqımda yazıb. Yazmalı idi, yoxsa kitabı boş qalacaqdı. Mən ona cavab vermirəm, ən yaxşısı budur”.
Səbuhi Həsənov
Şərhlər