Çadın müvəqqəti prezidenti Mahamat İdris Debi İtno "Twitter"də Nigeriya prezidenti Məhəmməd Bazumun birgə görüş zamanı çəkilmiş şəklini paylaşıb. Bu, Nigeriyadakı hərbi çevrilişdən sonra Bazumun ilk fotosudur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” məlumat
yayıb.
İtno yazıb ki, Nigeriya "ciddi siyasi böhranın ortasındadır". O, respublikanın paytaxtı Niameydə həmkarı ilə danışıqlar aparıb, həmçinin Nigeryanın eks-prezidenti Mahamadu İssufu və Vətəni Müdafiə Milli Şurasının rəhbərləri, xüsusən də Prezident Qvardiyasının komandanı Abdurahman Çiani ilə görüşüb. Çad prezidenti qeyd edib ki, o, "böhranın sülh yolu ilə həlli üçün bütün imkanları araşdırmağa" çalışır.
Xatırladaq ki, iyulun 27-nə keçən gecə Nigeriya Milli Televiziyasının efirində Nigeriya Prezident Qvardiyasının bir qrup hərbçisi prezident Məhəmməd Bazum və onun bütün ailə üzvlərinin hakimiyyətdən uzaqlaşdırıldığını bildirib. Nigeriya ordusunun komandanlığı üsyanı təşkil edən hərbçiləri dəstəkləyib. Bazum istefa verməkdən imtina edib. Qərbi Afrika İttifaqı üsyançılara 15 gün vaxt verib və hakimiyyəti Nigeriya prezidentinə qaytarmaqdan imtina olunduğu halda hərbi müdaxilə ilə hədələyib.
Nizami Bağırov
Şərhlər