Bundesliqa təmsilçisi "Ayntraxt” (Frankfurt) mövsümün sonunda avstriyalı baş məşqçi Oliver Qlasnerlə yollarını ayıracaq.
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib.
Açıqlamada Qlasnerlə müqavilənin 30 iyun 2024-cü ilə qədər davam etdiyi bildirilib. "Məşqçi Oliver Qlasnerlə gərgin müzakirələr və ətraflı təhlillərdən sonra "Ayntraxt" 2022-2023 mövsümünün sonunda bu əməkdaşlığa son qoymağa qərar verdi”, deyə qeyd edilib. Səbəb kimi komandanın mövsümün ikinci yarısındakı durumu göstərilib.
48 yaşlı Qlasner 2021-ci ildə baş məşqçi postuna gətirilib. O, 2021-2022 mövsümündə "Ayntraxt”ı Avroliqa çempionluğuna daşıyıb, ilk dəfə Çempionlar Liqasında iştirak etmək şansı qazanıb. 2022/23 mövsümündə alman klubu Çempionlar Liqasının 1/16 final mərhələsində "Napoli"yə məğlub olaraq mübarizəni dayandırıb.
Frankfurt təmsilçisi Bundesliqada cari mövsümün ikinci yarısında 14 oyunda 12 xal toplayıb. Komanda 43 xalla 9-cu pillədə qərarlaşıb.
Səbuhi Həsənov
Şərhlər