Xəbər lenti

Sənət 15:13 07.06.2022

"Bülbül"ün qocaman ağaclarını Kinematoqrafçılar kəsib? - Cavab gəldi

Azərbaycan Kinematoqrafçılar İttifaqı Bülbül prospektindəki çoxillik ağacların kəsilməsi ilə bağlı sosial mediada yayılan məlumatlara aydınlıq gətirib.

Qaynarinfo xəbər verir ki, ittifaq sözügedən ünvanda ağaclara vurulan ziyanla bağlı heç bir məsuliyyət daşımadığını bildirib:

"Son iki gündə Bülbül prospektindəki çoxillik ağacların kəsilməsi ilə bağlı sosial mediada Azərbaycan Kinematoqrafçılar İttifaqının adı hallanır. Hətta bu gün səhər saatlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu məsələ ilə bağlı ofisimizə zəng də daxil olub. Bununla əlaqədar yazıb bildiririk ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisi Həsən Seyidbəyli küçəsi 18-də yerləşir və ağaclara vurulan ziyanla bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqı heç bir məsuliyyət daşımır”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->