Xəbər lenti

Bu xəstəlikdən əziyyət çəkən PSJ-nin hücumçusu arıqlayıb
İdman 14:52 22.01.2024

Bu xəstəlikdən əziyyət çəkən PSJ-nin hücumçusu arıqlayıb

PSJ-nin hücumçusu Qonçalo Ramos ağır qastroenterit xəstəliyindən əziyyət çəkir.

Qaynarinfo-nun məlumatına görə, futbolçu bu səbəbdən bir neçə kiloqram arıqlayıb.

Paris klubunun həkimləri xəstəliyin şiddətindən təəccübləniblər. Portuqaliyalı hücumçu müalicə üçün Lissabonda qastroenteroloqların yanına göndərilib. Xəstəliyi üzə çıxdıqdan sonra məşqlərə qoşula bilməyən Ramosun əzələ kütləsi azalıb və yenidən formasını bərpa etməyə məcbur olub.

22 yaşlı forvard bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 20 oyun keçirib və beş qola imza atıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->