Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında çıxış edə bilər.
Qaynarinfo "Telgraf” nəşrinə istinadən xəbər verir ki, İsveçrənin "Qrasshopper” klubunun 24 yaşlı hücumçusu 3 klubdan təklif alıb.
Bunlar "Qaziantep”, "Sivasspor” və "Konyaspor”dur. İlk iki komanda hətta "Qrasshopper”lə danışığa da başlayıb. Onlar transfer dönəminin son gününə qədər keçidi həll etmək niyyətindədirlər.
Qeyd edək ki, Renat Dadaşovun "Qrasshopper”lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
Şərhlər