Nikaraqua prezidenti Daniel Orteqa Amerika Xalqları Uğrunda Bolivar Alyansının (ALBA) liderlərinin virtual sammiti zamanı venesuelalı həmkarı Nikolas Maduroya ölkəsində prezident seçkilərinin nəticələrinin fonunda silahlı əks-inqilab cəhdi baş verərsə, ona döyüşçülər verəcəyini vəd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Əmin olun ki, döyüş başlasa, siz Sandinista (Nikaraquanın hakim partiyası - Sandinista Milli Azadlıq Cəbhəsi) döyüşçülərinə arxalana bilərsiniz", deyə prezident bildirib.
Orteqanın fikrincə, çevrilişi ABŞ Venesuela ilə həmsərhəd Kolumbiyadan alovlandıra bilər.
İyulun 29-da Venesuela prezidentliyinə namizəd Nikolas Maduronun qərargahı qələbəsini elan edərək, hamını Milli Seçki Şurasının (CNE) rəsmi nəticələrini gözləməyə çağırıb. Müxalifət Maduronun Venesuela seçkilərindəki qələbəsini tanımayıb və Edmundo Qonzalesi qalib elan edib.
İyulun 31-də Maduro Ali Məhkəmədən seçki prosesinə qarşı hücumları dayandırmaq üçün konstitusiya müdafiəsi istəyib və bunu çevriliş etmək yolu adlandırıb.
Avqustun 15-də ABŞ hökuməti Maduronun rəqibi, ifrat sağçı müxalifət namizədi Edmundo Qonzalesin iyulun 28-də keçirilən prezident seçkilərində qalib gəldiyini etiraf etməsini tələb edib.
Aydın
Şərhlər