Xəbər lenti

Bu ölkə bir həftə ərzində üçüncü dəfə tam işıqsız qaldı
Dünya 18:39 19.10.2024

Bu ölkə bir həftə ərzində üçüncü dəfə tam işıqsız qaldı

Nigeriya ölkənin elektrik şəbəkəsindəki irimiqyaslı nasazlıq səbəbindən bir həftə ərzində üçüncü dəfə tam işıqsız qalıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Post Nigeria” məlumat yayıb.

"Nigeriyanın milli elektrik şəbəkəsi yenidən sıradan çıxıb. Bu, bir həftədə üçüncü dəfədir”, deyə materialda qeyd edilir.

Sonuncu nasazlıq oktyabrın 19-da səhər saatlarında baş verib və onsuz da kövrək olan elektrik şəbəkəsini daha da gərginləşdirib. Qəzet qeyd edir ki, yanacağın baha olması və əlçatmazlığı fonunda ölkədə elektrik enerjisinin etibarsız təchizatı səbəbindən müəssisələr və ev təsərrüfatları əziyyət çəkməkdə davam edir.

Nigeriyanın elektrik şəbəkəsindəki nasazlığın səbəbləri məlum deyil.

Son illər ölkədə elektrik stansiyalarında və modernləşdirmə tələb edən şəbəkələrdə baş verən qəzalar səbəbindən tez-tez elektrik enerjisi kəsilir. İyul ayında Nigeriyanın cənub-şərq ştatlarında elektrik kəsilməsi baş verib və bu, ölkənin bütün enerji şəbəkəsində enerji təchizatının kəsilməsinə səbəb olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->