Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb.
"Report" xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib.
Qeyd edək ki, Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Şərhlər