Xəbər lenti

Bu gün Moskvaya PUA hücumlarının hədəfində kimlər olub? – Geniş siyahı
Dünya 22:45 30.05.2023

Bu gün Moskvaya PUA hücumlarının hədəfində kimlər olub? – Geniş siyahı

Moskva və Moskva vilayətinə PUA hücumlarının episentrində Putinin elitasının mülkləri olub. Dronlar Vladimir Putinin özünün iqamətgahı, eləcə də Rusiya müdafiə naziri Sergey Şoyqunun evinin yaxınlığında düşüb.

Bu barədə Qaynarinfo "Mojem obyasnit” ("İzah edə bilərik” )Telegram kanalına istinadən xəbər verir

Bildirilir ki, Rusiya federal telekanalları Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri Moskva və Moskva vilayətinə ən böyük dron hücumu barədə praktiki olaraq heç bir məlumat vermir.

"Yəqin ki, bu, əlavə olaraq, Putinin elitasının yaşadığı ərazilərə psixoloji hücum olub. Moskvada bunlar nüfuzlu cənub-qərb mikrorayonlarıdır. Moskva vilayətində isə Putinin yaxın adamlarının yaşadığı Rublevskoe şossesi və onun ətrafı”, - kanal yazır.

Qeyd olunur ki, dronlardan biri İlyinskoye kəndinə - Putinin Novo-Oqaryovodakı iqamətgahından 3 km aralıda düşüb.

Dronlar digər yerlərə də düşüb. Məsələn, Putinin dostu Gennadi Timçenkonun malikanəsinin yerləşdiyi Znamenskoye kəndinə. Qonşuluqda baş nazir Mixail Mişustinin iqamətgahı və Putinin keçmiş kürəkəni Kirill Şamalovun evi yerləşir. Yaxınlıqda Moskva vilayətinin qubernatoru, senator Yuri Vorobyovun atası və müdafiə naziri Sergey Şoyqu yaşayır.

Jukovka kəndi yaxınlığında, "İlyinskoye pole” kottec qəsəbəsində Putinin ən yaxın dostları Arkadi və Boris Rotenberq qardaşlarının malikanələri bir-biri ilə üzbəüz yerləşir. Qonşuda isə Şoyqunun məşuqəsi Yelena Şebunovanın evi var. "Landşaft" qəsəbəsində Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko yaşayır. Barvixada, "Rosneft”in prezidenti İqor Seçinin evi var. Mikoyanın keçmiş baş evi "Rosqvardiya”nın rəisi Viktor Zolotova məxsusdur.

Bundan əlavə, Arxangelskdə - bu yaxınlarda Putinə "Ukraynasız" Avropanın xəritəsini gətirib göstərən Konstitusiya Məhkəməsinin rəhbəri Valeri Zorkinin evi yerləşir. 

Razdorda VTB rəhbərinin məşuqəsi - teleaparıcı Nailə Əsgərzadə, müdafiə nazirinin müavini Ruslan Tsalikov, Rostex-ib rəhbəri Sergey Çemezovun qayınanası - Lyudmila Rukavişnikova yaşayır.

Bildirilir ki, dronlardan biri Vlasixa kəndinə uçurmuş, orada Rusiya Federasiyasının Strateji Raket Qüvvələrinin mərkəzi komanda məntəqəsi yerləşir.

Qeyd edək ki, mayın 30-da səhər Moskvada partlayış səsləri eşidilib. Rusiyanın paytaxtında və Moskva vilayətində dronların binalara çırpıldığı bildirilib.
Rusiya mediası yazıb ki, hücumda 25-32 pilotsuz uçuş aparatı iştirak edib, onlardan 19-u vurulub, üçü isə yaşayış binalarına dəyib. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyindən yalnız səkkiz PUA barədə məlumat verilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->