Xəbər lenti

Bu dərmanların paylanması 76 milyon insanın həyatını xilas edə bilər - ÜST
Sağlamlıq 15:22 24.09.2023

Bu dərmanların paylanması 76 milyon insanın həyatını xilas edə bilər - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına görə, qan təzyiqi dərmanlarının paylanması 2023-2050-ci illər arasında 76 milyon insanın həyatını xilas edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə ÜST-nin saytında məlumat verilib.

Arterial təzyiq Avropa İttifaqında 140/90 mmHg-dən, ABŞ-da 130/80 mmHg-dən yuxarı olduqda hipertoniya diaqnozu qoyulur. Bu, dünyada hər üç yetkin insandan birinə təsir edir və insult, infarkt, ürək çatışmazlığı, böyrəklərin zədələnməsi və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

1990-2019-cu illər arasında hipertoniya ilə yaşayan insanların sayı iki dəfə artaraq, 650 milyondan 1,3 milyarda çatıb. Əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır və yüksək qan təzyiqi olan hər beş xəstədən dördünün müalicə almaq imkanı yoxdur. Hipertoniya dərmanları ilə müalicə olunan xəstələrin sayının inkişaf etmiş ölkələrin səviyyəsinə uyğun artırılması həm də indidən 2050-ci ilə qədər 79 milyon infarktın və 17 milyon ürək çatışmazlığı halının qarşısını ala bilər. ÜST nümunə kimi Kanada və Cənubi Koreyanı göstərir, burada milli proqramlar ehtiyacı olan xəstələrin 50%-dən çoxunun hipertoniya üçün dərman alması ilə nəticələnib.

Hipertansiyonlu insanların təxminən yarısı öz vəziyyətindən xəbərsizdir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında vurğulanır ki, hipertoniyanın qarşısının alınması, erkən aşkarlanması və effektiv müalicəsi ictimai səhiyyənin ən təsirli müdaxilələri sırasındadır və iqtisadi faydası xərcləri təxminən 18 dəfə üstələyir.

ÜST həmçinin vurğulayır ki, həyat tərzi dəyişiklikləri hipertoniyanın qarşısını ala və ya azalda bilər. Bunlara daha sağlam qidalanma, duz qəbulunu azaltmaq, tütündən, alkoqoldan imtina etmək və müntəzəm fiziki fəaliyyət daxildir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->