"Bu bədnam yaş senzi məsələsi bilərəkdən ortaya atılıb və proses incəsənətin bütün sahələrini iflic edib”.
Qaynarinfo xəbər verir ki, bunu Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məlik Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadənin aktrisa Məsumə Babayevanın ünvanına işlətdiyi "Məsumə Babayevaya ehtiyac olsaydı, o səhnədə olardı” fikirinə münasibət bildirərkən deyib. Xalq artistinin sözlərinə görə, sağlam aktyor səhnədə olmalıdır:
"Naidə xanım yaradıcı insanın qızıdır. Neçə illər Mədəniyyət Nazirliyində teatrları kurasiya edib. Aktyoru teatrdan kanarlaşdırmaq olmaz. Əgər o sağlam, işguzardısa, teatrda olmalıdır. Əgər o dediyiniz gənc səhnədə yaşlı aktyorla tərəf müqabili olarsa, bu onun üçün bir məktəbdir. Vaxtilə sizin taertın görkəmli yaşlı aktyorları ilə gənc aktyor eyni səhnəni bölüşüblər. Bizim ölkədən başqa heç bir yerdə yaş senzi yoxdur. Bir baxın təhsilə, səhiyyəyə, mədəniyyətə, incəsənətə, görün bu yaş məsələsinə görə nə günə düşüb. Bu, hərcməcliyə geniş yol açıb. Akademik Milli Dram Teatrı öz yaşlı nəslini qoruyur. Hamımız sağlamıq, öz tamaşalarımızı oynayırıq. Bir az mərhəməti olun, dərindən düşünün”.
Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva mətbuata açıqlamasında bildirib ki, rəsmi şəkildə müqavilədə olsa da, onu tamaşalara çağırmırlar. Ona qonorar ödənilmədiyini, 321 manat əmək pensiyası ilə dolandığını bildirib.
Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə aktrisanın ittihamlarına belə cavab verib. Direktor "Yol gənclərindir. Onlara əl tutmağın zamanı gəlib çatıb. Mənim teatrımda kirayələrdə qalan, çətin dolanan gənclərim var. Onları da düşünməliyəm. Teatr böyük müəssisədir, onu saxlamaq, idarə etmək çətin məsələdir. Bu gün Məsumə Babayevaya ehtiyac olsaydı, o, səhnədə olardı. Mən ona can sağlığı arzu edirəm”, - deyə bildirib.
Bahar Rüstəmli
Şərhlər