BRICS ölkələri birliyi genişləndirmək qərarına gəliblər. Oraya altı yeni dövləti dəvət ediləcək: Argentina, İran, BƏƏ, Səudiyyə Ərəbistanı, Həbəşistan və Misir.
Qaynarinfo xəbər verir ki, bunu təşkilatın Yohannesburqda keçirilən sammitinin sonuncu günündə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa deyib.
Siyahıda qeyd olunan ölkələr 2024-cü il iyunun 1-dən rəsmi olaraq BRICS-ə üzv olacaqlar. Hazırda 2006-cı ildə yaradılan birliyə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir.
BRICS sammiti avqustun 22-dən Cənubi Afrika Respublikasında keçirilir. Xarici işlər naziri Sergey Lavrovun təmsil etdiyi Rusiya istisna olmaqla, təşkilata üzv olan bütün ölkələrin liderləri bir araya toplanıb. Vladimir Putinin sammitdə iştirak etməməsi mart ayında Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsi üçün verdiyi orderlə əlaqələndirilir.
Nizami Bağırov
Şərhlər