Xəbər lenti

Borrell Aİ-ni müharibəyə hazırlaşmağa çağırdı
Dünya 18:58 03.02.2024

Borrell Aİ-ni müharibəyə hazırlaşmağa çağırdı

Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrell qitə ölkələrindəki çətin sosial-iqtisadi vəziyyət fonunda, Ukraynaya dəstək üçün xərclərin artırılmasının asan olmayacağını etiraf edib. Lakin qeyd edib ki, sülh istənilirsə, müharibəyə hazırlaşmaq lazımdır..

Qaynarinfo xəbər verir ki, Borrel bu barədə şəxsi bloqunda yazıb.

"Mən bilirəm ki, hazırda bütün Avropa ölkələrində iqtisadi və sosial vəziyyət çox gərgindir. Və mən yaxşı bilirəm ki, bu kontekstdə Ukraynanı dəstəkləmək üçün hərbi xərcləri artırmaq, ehtiyatlarımızı artırmaq, müdafiə qabiliyyətimizi inkişaf etdirmək və müdafiə sənayemizi gücləndirmək asan olmaya bilər. Bununla belə, məhz bunu etmək lazımdır: Əgər sülh istəyirsinizsə, müharibəyə hazırlaşın", deyə Borrell qeyd edib.

Borrell bildirib ki, Avropa İttifaqı ABŞ-ın Suriya və İraqa zərbələrindən sonra Yaxın Şərqdəki vəziyyəti kritik hesab edir:

"Biz həmişə təkrar edirik ki, Yaxın Şərq hər an partlaya biləcək bir qazandır".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->