Xəbər lenti

Borrel: Aİ Avropanı təkbaşına müdafiə etməyi bacarmalıdır
Dünya 17:28 15.04.2024

Borrel: Aİ Avropanı təkbaşına müdafiə etməyi bacarmalıdır

Aİ-nin Xarici və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrel hesab edir ki, Aİ-nin Avropa müdafiəsində paradiqma dəyişikliyinə ehtiyacı var.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, o, bu barədə "Avropa iki müharibə arasında” kitabının dərcinə həsr olunmuş bloqunda yazıb.

Onun sözlərinə görə, Aİ öz təhlükəsizliyini çox uzun müddətdir ABŞ-a həvalə edib və son 30 ildə Berlin divarının yıxılmasından sonra Avropa özünə "sakit şəkildə tərksilah etməyə” icazə verib.

O qeyd edib ki, Aİ daxili bazar və iqtisadiyyat ətrafında qurulub, lakin onun fikrincə, Avropa İttifaqı bu yolla davam edə bilməz.

"Biz öz üzərimizə strateji məsuliyyət götürməliyik və öz gücümüzlə Avropanı müdafiə edə, NATO daxilində güclü Avropa sütunu inkişaf etdirməliyik”, - Borrel vurğulayıb.

Baş diplomat əlavə edib ki, Aİ bu sıçrayışı çox qısa müddətdə etməlidir.

"Ona görə yox ki, biz müharibə aparmaq niyyətindəyik. Əksinə: biz istənilən təcavüzkarı etibarlı şəkildə çəkindirmək üçün vasitələrə malik olmaqla müharibənin qarşısını almaq istəyirik. Bu, Avropa ordusunun yaradılması demək deyil. Müdafiə bizim üzv ölkələrin müstəsna səlahiyyətidir və yaxın gələcəkdə də qalacaqdır”, - deyə o qeyd edib.

Borrel izah edib ki, söhbət ilk növbədə milli səviyyədə xərclərin artırılmasından gedir, burada müdafiə xərcləri ÜDM-in 2%-dən daha çox olmalıdır. 

"Ancaq daha da vacibi, boşluqları doldurmaq, təkrarlanmadan qaçmaq və qarşılıqlı əlaqəni yaxşılaşdırmaq üçün xərclərin bölüşdürülməsidir. İndi ordularımız tərəfindən texnika alışlarının cəmi 18%-i birgə həyata keçirilir”, - deyə Aİ-nin yüksək səviyyəli diplomatı bildirib.

Borrel bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas dərslərindən biri texnoloji üstünlüyün əsas amil olmasıdır, xüsusən də həyatı ucuz olan düşmənlə mübarizədə, ona görə də onun fikrincə, Aİ-nin özünün ehtiyaclarını ödəyəcək müdafiə sənayesi olmalıdır.

"Bu məqsədə çatmağın ən perspektivli yolları, birincisi, Avropa İnvestisiya Bankının müdafiə sektoruna sərmayə yatıra bilməsi üçün kredit siyasətinin dəyişdirilməsi, ikincisi, COVID-19 pandemiyasına qarşı uğurla mübarizə apardığımız kimi, birgə borc istiqrazların buraxılmasıdır. Bununla belə, üzv dövlətlər arasında bu müzakirələr ilkin mərhələdədir və hər kəsin onlara qoşulması çox vacibdir”, - deyə məmur vurğulayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->