Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson gündəlik "The Daily Telegraph” qəzetinin baş redaktoru ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News”
yazıb.
Yazıda iddia edilir ki, nəşrin alınması ilə bağlı danışıqlar aparan Consonun kabinetdəki keçmiş həmkarı Nadim Zahavi baş redaktor vəzifəsi ilə bağlı Consonla qeyri-rəsmi söhbət edib.
Keçmiş Baş nazirə yaxın mənbə jurnalistlərə bildirib ki, "The Daily Telegraph” qəzetinə rəhbərlik etmək üçün rəsmi danışıqlar aparılmır. Lakin o, belə bir fikrin mövcud olduğunu etiraf edib.
Boris Conson siyasətə gəlməzdən əvvəl də "The Telegraph”da işləyib. O, Brüsseldə müxbir olub.
Mənbə "Sky News”a "O, hələ də "Teleqraf”ı çox sevir" deyib.
Nizami Bağırov
Şərhlər