Xəbər lenti

Bolqarıstan prezidenti növbədənkənar parlament seçkisi təyin etdi
Dünya 17:22 09.04.2024

Bolqarıstan prezidenti növbədənkənar parlament seçkisi təyin etdi

Bolqarıstan prezidenti Rumen Radev çərşənbə axşamı, aprelin 9-da ölkəni iyunun 9-da keçiriləcək növbədənkənar seçkilərə hazırlamaq üçün müvəqqəti hökumət təyin edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.

Bolqarıstan prezidenti parlamentin keçmiş sədri və Milli Audit İdarəsinin rəhbəri Dimitar Qlavçevi müvəqqəti hökumətin başçısı təyin edib. Onun vəzifəsi növbədənkənar seçkiləri təşkil etmək olacaq.

Bu, son üç ildə ölkədə keçirilən altıncı parlament seçkisidir.

Qərar iki ən böyük partiyanın hökuməti doqquz ay ərzində hakimiyyətdə saxlayan koalisiya sazişini yeniləyə bilmədiyi bir vaxtda verilib. Bu çıxılmaz vəziyyət Bolqarıstanın avroya keçmək və Aİ-dən maliyyə almaq səylərini əngəlləyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->