"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu Almaniyada "Bayer 04"ün qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2.
"Köhlən atlar"da 58-ci dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Olavio Juninyo fərqləniblər. 62-ci dəqiqədə Ağdam klubunda Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
72-ci dəqiqədə Leverkuzen təmsilçisində Ceremi Frimponq fərqi azalda bilib. 90+3-cü dəqiqədə Patrik Şik hesabı bərabərləşdirib. Çexiyalı hücumçu 90+8-ci dəqiqədə qələbə qolunun da müəllifi olub.
Bakıda ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" turnirlə vidalaşıb.
Avropa Liqası
1/8 final mərhələsi
Cavab oyunu
14 mart
Bayer (Almaniya) - Qarabağ (Azərbaycan) 3:2
Qollar: Ceremi Frimponq, 72. Patrik Şik, 90+3; 90+7- Abdullah Zubir, 58. Juninyo, 67.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 63.
Bayer: Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka.
Ehtiyat oyunçular: 1. Lukas Hradeski, 36. Lomb, 2. Yosip Stanişiç, 14. Patrik Şik, 4. Conatan Ta, 19. Natan Tella, 20. Aleksandro Qrimaldo, 23. Adam Hlojek, 32. Puerta, 25. Esekyel Palasios.
Baş məşqçi: Xabi Alonso.
Qarabağ: Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 2. Mateus Silva, 81. Kevin Medina, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Entoni Teylor, Qari Besuik, Adam Nann, Endryu Medli (İngiltərə).
Leverkuzen, "BayArena".
İlk oyun - 2:2.
Şərhlər