Xəbər lenti

Blogger cəmi beş videonun dərcindən 1 milyon dollar qazanıb.
Dünya 22:46 07.04.2024

Blogger cəmi beş videonun dərcindən 1 milyon dollar qazanıb.

Dünyanın ən məşhur "YouTube" bloggeri MrBeast (Cimmi Donaldson) iki ay ərzində X-də (Twitter) cəmi beş köhnə video yayımlayıb və onların monetizasiyasından 1 milyon dollar qazanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sportskeeda" bloggerin X-də verdiyi açıqlamaya istinadən yazıb.

MrBeast X-də qatarı nəhəng bir çuxura sürdüyü, 100 tərk edilmiş it üçün ev tapmağa kömək etdiyi, 1-100 milyon dollar qiymət aralığında olan avtomobilləri sınaqdan keçirdiyi və s. videoları dərc edib. Videoların hər biri sosial şəbəkədə 123 milyondan 177 milyona qədər baxış toplayıb. Ümumilikdə MrBeastin videoları İlon Maskın platformasında 750 milyondan çox baxış toplayıb və o, 1 milyon dollar reklam pulu alıb.

İndiyə qədər bir milyona yaxın reklam gəliri olub. Mən sadəcə onları video büdcələrimə əlavə edirəm ki, məzmuna daha çox pul xərcləyə bilim", deyə MrBeast X eksperimentinin nəticəsini şərh edərək yazıb.

Bloggerin videolarını X-də yerləşdirməyə davam edib-etməyəcəyi məlum deyil. Bununla belə, son yazısında MrBeast yeni platforma ilə qarşılıqlı əlaqə təcrübəsini heyrətləndirici adlandırıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->