Xəbər lenti

Blinken ABŞ-ın Qara dəniz müttəfiqlərinə dəstək verəcəyinə əmin etdi
Dünya 17:02 16.04.2024

Blinken ABŞ-ın Qara dəniz müttəfiqlərinə dəstək verəcəyinə əmin etdi

Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinken Qara dəniz müttəfiqlərini, xüsusən də Ukraynanı regionu daha təhlükəsiz etmək üçün ABŞ-ın dəstəyinə arxalana biləcəklərinə əmin edib.

Qaynarinfo xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Bolqarıstanın paytaxtı Sofiyada İkinci Qara dəniz təhlükəsizlik konfransının iştirakçılarına videobağlantı vasitəsilə müraciət edən ABŞ dövlət katibi bütün Avropada sülh və azadlığın təmin edilməsi üçün regionun təhlükəsizliyinə sərmayə qoyulmasının vacibliyini vurğulayıb.

"Putin hesab edirdi ki, Ukraynanın bölgədəki qonşuları parçalanacaq, amma yanıldı. ABŞ bu gün özünü müdafiə edə və ayağa qalxa bilməsi üçün Ukraynanı dəstəkləməyə davam edəcək”, - Blinken bildirib. 

Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyevin əhəmiyyətli hərbi dəstəyə ehtiyacı var, xüsusilə artilleriya, sursat və hava hücumundan müdafiə sistemləri.

Həmçinin videobağlantı vasitəsilə danışan Kuleba Ukraynanın hava hücumundan müdafiə imkanlarının artırılmasının regional və qlobal sabitliyi də gücləndirəcəyini, bunun da öz növbəsində Ukraynanın qonşularının və bütün Qara dəniz regionunun təhlükəsizliyini Rusiyanın hava terrorundan qoruyacağını bildirib.

"Bu gün Moskvanın gücün dilindən daha yaxşı başa düşdüyü başqa bir dil yoxdur, buna hörmət edirlər, qalan hər şey zəiflik kimi qəbul edilir", - deyə Ukraynanın xarici işlər naziri vurğulayıb. 

O, Qara dənizin "NATO, sülh və sabitlik dənizinə” çevrilməli olduğunu bildirərək, müttəfiqləri "Rusiya Federasiyasının zərərli təsirini azaltmağa yönəlmiş hərtərəfli və iddialı Qara dəniz strategiyasını” həyata keçirməyə çağırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->