Xəbər lenti

“Biz artıq öz torpaqlarımıza qayıdırıq” - Məcburi köçkünlərin taleyi necə olacaq?
Siyasət 18:33 17.11.2022

“Biz artıq öz torpaqlarımıza qayıdırıq” - Məcburi köçkünlərin taleyi necə olacaq?

"Tarixi zəfərimizdən sonra milli-strateji vəzifə kimi qarşımızda duran ən mühüm məsələ illərdir gözlədiyimiz Böyük qaydışın reallaşdırılmasıdır. Özlüyündə bu çətin, mürəkkəb ancaq eyni zamanda müqəddəs bir amaldır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat qeyd edib ki, artıq iki ildir bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya, enerji və infrasturktur layihələri həyata keçirilib və keçirilməkdir:
 


"Bunun dövlət proqramı çərçivəsində həyata keçirilməsi zərurəti var idi. Azərbaycan Prezidenti məhz bu zərurəti nəzərə alaraq "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi sənədini imzaladı. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramı” haqqında sərəncam əzəli torpaqlarımıza qayıdışımız ehtiva edir. Sərəncamda böyük qayıdış 5 milli prioritetimizdən biri kimi səciyyələndirilir. Sənəddə mərhələli şəkildə proqramın icrası ilə bağlı konkret layihələrin həyata keçirilməsini nəzərdə tutulur”. 

Deputat qeyd edib ki, proqram üzrə icraçılar müəyyənləşdirilərək konkret vəzifələr nəzərə alınıb: 

"Eyni zamanda görülən işlərlə bağlı qiymətləndirmə aparacaq qurum müəyyənləşdirilib. Bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılaçağı üçün məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->